Əbülfəs Qarayevin həyat yoldaşı: "Heç maraqlanmıram da"

GÜNDƏM 23 iyl 2021, 14:47
Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrində (KİV) keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin dövründə "yeyilən” daha bir milyonluq məhkəmə işinin araşdırılacağı və bundan sonra sabiq nazirin həbs olunacağı ilə bağlı məlumatlar yayılır.

Məsələ ilə bağlı Qaynarinfo-nun əməkdaşı Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımova ilə əlaqə saxlayıb və onun yazılanlara münasibəti belə olub: 

"Mən bu məsələlərlə bağlı nə maraqlanır, nə də hansısa saytlardan oxumuram. İşlərimiz o qədər çoxdur ki, həyat yoldaşım haqqında yazılanları oxumağa vaxtım çatmır. Bütün bu məsələlərə baxmayaraq, Əbülfəs müəllim yaxşı olmağa çalışır. Allah can sağlığı versin".

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top