Sürücülərin nəzərinə

SOSİAL 23 iyl 2021, 08:56
Avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş cərimənin ödənilməsi təmin olunacaq.

Demokrat.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, texniki baxışı, habelə sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi zamanı yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla yanaşı, həm də avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş cərimənin ödənilməsi təmin ediləcək.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top