Türkiyədə intensiv yağışlar daşqınlara səbəb olub — VİDEO

REGİON 22 iyl 2021, 23:29
Türkiyədə yağan aramsız yağışlar ölkənin Rizə və Artvin vilayətlərində daşqınlara səbəb olub.

“Haber Global”ın məlumatına görə, Artvində Arhavi çayının daşması nəticəsində küçələri su basıb, binaların zirzəmiləri su ilə dolub.

Rizənin Fındıklı bölgəsində də analoji vəziyyət hökm sürür.

Hazırda qeyd olunan ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top