Nazir müavini çalışdığı qurumda qardaşına yüksək vəzifə veribmiş

GÜNDƏM 22 iyl 2021, 16:44
Xəbər verdiyimiz kimi, Rövşən Mürvət oğlu Rüstəmov 14 iyun tarixində Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini təyin edilib. 

Demokrat.az
xəbər verir ki, Rövşən Rüstəmov bu vəzifəsindən əvvəl "Azərkosmos” ASC-nin sədr müavini vəzifəsində çalışıb və nazir Rəşad Nəbiyevlə yaxın əlaqələri var. Elə bu səbəbdən Rövşən Rüstəmov Rəşad Nəbiyevin təqdimatı əsasında Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini təyin olunub.

Qardaşı Rüstəmov Heydər Mürvət oğlu isə Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin maliyyə sektorunun müdiri vəzifəsində çalışıb. 

Qardaşının yüksək vəzifəyə təyinatından bir neçə ay əvvəl Rüstəmov Heydər Mürvət oğlu  nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsinə təyin olunub.(qaynarinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top