Vilayət Eyvazov onu Yasamala rəis müavini təyin etdi

GÜNDƏM 22 iyl 2021, 16:31
Yasamal Rayon Polis İdarəsində (RPİ) yeni təyinat olub.

Demokrat.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Fariz İsmayılov Yasamal RPİ-nin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Əlahiddə Çevik Polis Alayının Qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifəsində çalışıb.(unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top