Ermənistan tərəfindən Qarabağda döyüşən əcnəbiyə hökm oxundu

KRİMİNAL 22 iyl 2021, 11:32
Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə hökm elan edilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə 10 il müddətinə azadlıqdan mərhum edilib.

Hökmə əsasən, Eduard Dubakova təyin edilmiş cəza müddəti başa çatdıqdan sonra ölkədən məcburi qaydada çıxarılması təmin olunsun.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə prokuror Eduard Dubakovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top