İrəvan Bakıya güzəştə hazırlaşır — Abramyan

HƏRBİ 20 iyl 2021, 19:07
Azərbaycanın Naxçıvanla sərhəddə mövqeyinin istənilən yaxşılaşması, İrəvan üçün geriyə dönüşü mümkün olmayan nəticələrə gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu erməni hərbi ekspert Tiqran Abramyan deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti hazırkı şəraitdə siyasi, diplomatik və hərbi nöqteyi--nəzərdən heç bir şey edə bilmir:

“Baş verənlər hansısa oyunun məntiqindən xəbər verir. Hakimiyyət cəmiyyətdə qorxu atmosferi formalaşdıraraq, öz güzəştlərinə haqq qazandırmağa cəhd edir. Bu insanlar Ermənistanın təhlükəsizliyini təmin etmək halında deyillər. Onlar siyasi mənada Qarabağın “təhlükəsizliyini” təmin etməkdən imtina ediblər və indi istəsələr belə, Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcəklər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top