"Olimpiakos" Bakıda qazona görə boyük problemlə üzləşəcək" — Yunan mətbuatı

İDMAN 19 iyl 2021, 00:15
Yunanıstan mətbuatı "Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena"nın durumu barədə mənfi fikir bildirib. 

Demokrat.az xəbər verir ki, Gargalianoionline saytı "Olimpiakos"un Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəyi görüşə toxunub. 
Sayt yazıb ki, "Dinamo" Tbilisi ilə təsnifat mərhələsinin oyununda "Bakcell Arena"nın qazonu pis vəziyyətdə olub. "Bakıda "Olimpiakos" meydançanın keyfiyyətsiz qazonuna görə boyük problemlə üzləşəcək. "Neftçi" və "Dinamo"nun futbolçuları oyun zamanı tez-tez sürüşür, ot parçaları oyunçuların ayağına yapışırdı. "Dinamo" ilə matçda otun vəziyyəti daha da pisləşdi. Hətta "Neftçi"nin baş məşqçisi Samir Abasov da oyundan sonrakı mətbuat konfransında qazonun keyfiyyətsiz olduğunu qeyd etdi. O ümid etdiyini dedi ki, 2 həftə sonra "Olimpiakos"la görüşdə meydança yaxşı vəziyyətdə olacaq".
 
Xatırladaq ki, "Neftçi"nin "Olimpiakos"la ilk oyunu iyulun 21-i Yunanıstanda, cavab matçı iyulun 28-i Bakıda olacaq. /Qol.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top