Azad olunan ərazilərdə 177 mina aşkarlandı

HƏRBİ 17 iyl 2021, 18:28
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Demokrat.az-a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 54, tank əleyhinə 15 mina və 108 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 143 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top