Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır

SOSİAL 17 iyl 2021, 15:39
Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır.

Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında Qurban bayramı günlərində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilməsi ilə bağlı qərar imzalayıb.

İyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Beləliklə, 4 gün - 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul - ardıcıl qeyri iş günü olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin 14 iyul 2021-ci il qərarına əsasən, Azərbaycanda 18 iyul (bazar), 19 iyul (bazar ertəsi) və Qurban bayramı günlərində ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti qadağan edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top