Ermənistanda əsgər döyüş yoldaşı tərəfindən güllələndi

REGİON 17 iyl 2021, 13:42
Ermənistan Silahlı Qüvvələrinin 20 yaşlı hərbçisi, sıravi əsgər Artur Kazaryan qeyri-döyüş şəraitində ölüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, 2001-ci ildə anadan olan Artur Kazaryan hərbçi yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan güllədən ölüb.

Fakt üzrə araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top