“Moskvaya milli azadlıq hərəkatını, 20 yanvarı xatırlatmaq lazımdır”

GÜNDƏM 16 iyl 2021, 17:40
Ötən il 14 iyul yürüş-mitinqi göstərdi ki, Azərbaycanla bağlı siyasət Vaşinqton, Moskva, Paris, İrəvanda yox, məhz Bakıda müəyyən edilir. Azərbaycan xalqı öz tarixi, mədəniyyəti, irsi ilə sübut edib ki, dünya xalqları arasında öz layiqli yerini tutmağa və qorumağa layiqdir. Bu ya güclə, ya da xoşluqla olacaqdır.

Ötən il 14-15 iyulda Bakıdan Azərbaycan xalqı DÜNYAYA GÜCLÜ MESAJ VERDİ-MÜHARİBƏ!

Hər zaman qeyd edirəm – beynəlxalq güclər və təşkilatların ölkəmizə, Qarabağ məsələsinə yanaşmasını müəyyən edən əsas amil – cəmiyyətin, sadə insanların gerçək münasibətidir, müharibə istəyinin nə dərəcədə güclü yaxud zəif olmasıdır, səfərbər olmaq potensialıdır.

Ötən il bütün nüansları nəzərə almaqla deyə bilərik ki, bunu spontan, planlaşdırılmamış şəkildə olması xalqın səmimi istəyindən xəbər verdi. Azərbaycan hökuməti də çox güclü kart-blanş əldə etdi. Dövlət başçısı doğru yolu göstərdi. 14 iyuldan başlayan yol 8-10 noyabrda Şuşada qələbə ilə başa çatdı. Qəti əminliklə deyə bilərik ki, öz torpaqlarını, suvernliyini, 10 noyabr üçtərəfli Sazişin nəticələrini qorumaqda Azərbaycan xalqı, dövləti, Ordusu, onun Ali Baş Komandanı ötənildəkindən daha qətiyyətlidir. Ötən il 14 iyul yürüş-mitinqi göstərdi ki, Azərbaycanla bağlı siyasət daha Vaşinqton, Moskva, Paris, İrəvanda yox, məhz Bakıda müəyyən edilir. Bu proseslərdə son söz, son qərar Azərbaycan xalqına məxsusdur.

Düşünürəm ki, tez-tez Moskvaya və digər paytaxtlara 1988-1990-cı illərdə Milli Azadlıq Hərakatını xatırlatmaq, Azərbaycan xalqının Azadlıq meydanında dünyanı heyrətləndirməsini və SSRİ-nin büdrəməsini yada salmaq lazımdır. Həmçinin, ruslar gərək 1990-cı il 20 Yanvar qəhrəmanlıq səlanaməsini də unutmasınlar, o zaman Azərbaycan övladları tankların qabağına əliyalın çıxdılar. 20 yanvar hadisələri indi Kremldə həsrətini çəkdikləri SSRİ-ni sarsıtdı və sonrakı proseslərə təkan verdi. Məhz 20 yanvar hadisələri Qərb analitikləri və liderlərinin SSRİ-i bağlı sonrakı planlarını müəyyən etdi.

Biz indiki məqamda Birinci Qarbağ Müharibəsi dövründə Azərbaycan Ordusunun iyun-iyul əməliyyatlarını, Horadiz əməliyyatını xatırlatmaq yerinə düşər. Bununla yanaşı, 1920-ci il Qarabağda erməni qiyamının yataırılması ilə nəticələnən Azərbaycan Xalq Cümhuriyyətinin Əsgəran əməliyyatını da yada salmaqda fayda var.

Ən başlıcası gərək 15 sentyabar 1918-ci ildə Bakının azad olunmasını da tez-tez xatırladaq, Şuşanın, Hadrutun azad edilməsini də nümunə çəkək.

1990-cı illərdən fərqli olaraq hazırda Azərbaycanın, güclü, dost-qardaş Türkiyə ilə çiyin-çiyinə durub və ermənilər daha özgə ölkələrin muzdlularına, ən başlıcası vertalyot və qırıcılarına ümid etməsinlər. Vaşinqton və Parisdə də bir daha tarixə nəzər salmalı və 1920-22-ci illər proseslərini ciddi təhlil etməlidirlər. SSRİ-nin yaranması məhz Cənubi Qafqazın bolşeviklər tərəfindən işğalı mümükün oldu, bolşeviklər Bakı neftinə nəzarəti ələ keçirərək, İranla sərhədə çıxaraq böyük güc əldə etdilər. Həmçinin, Orta Asiyanı da təcrid edə bildilər. Tarix yalnız keçmiş deyil və hər bir xalqın potensialını göstərir. Azərbaycan xalqı öz tarixi, mədəniyyəti, irsi ilə sübut edib ki, dünya xalqları arasında öz layiqli yerini tutmağa və qorumağa layiqdir. Bu ya güclə, ya da xoşluqla olacaqdır.

Zaur İbrahimli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top