Gürcüstanda COVID-19-a yoluxmuş 300-ə qədər uşaq xəstəxanaya yerləşdirildi

DÜNYA 15 iyl 2021, 21:43
“Gürcüstanda koronavirus infeksiyasına yoluxan təxminən 300 uşaq kliniklara yerləşdirilib”.

Demokrat.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze “İmedi” telekanalına müsahibəsində deyib.

O, xəstəxanalarda əlavə uşaq çarpayılarının səfərbər olunacağını bildirib: “Valideynlər övladlarının virusa yoluxmaması üçün çox diqqətli olmalıdırlar. Bu gün qoruyucu maska taxmaq və sosial məsafə saxlamaq uşaqların COVID-19-dan qorunması üçün vacib vasitələr olaraq qalır”.  /modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top