“Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi üçün əhəmiyyətlidir” — Ərdoğan

DÜNYA 13 iyl 2021, 00:50
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin yeni prezidenti İshak Hersoq arasında telefon danışığı baş tutub.

Bu barədə “Report” Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir.

Türkiyə lideri bildirib ki, bütün fikir ayrılıqlarına baxmayaraq təmasların və dialoqun qorunması vacibdir:

“Beynəlxalq ictimaiyyət Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində həll olunacağını gözləyir. Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyətə malikdir. Fələstin-İsrail münaqişəsinin həllində atılan müsbət addımlar, Türkiyə ilə İsrail arasındakı münasibətlərin inkişafına da təkan verəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top