ÜST: Dünyada COVID-19-a yoluxma artır

DÜNYA 12 iyul 2021, 22:35
“Dünyada dördüncü həftədir COVID-19-a yoluxmada artım qeydə alınır”.

TASS-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, 10 həftədən sonra koronavirusdan ölüm sayı da artıb: “Keçən həftə dünyada COVID-19 xəstələrinin sayında artım olduğu dördüncü həftə idi. Bu artım ÜST-ün altı bölgəsində də qeydə alınıb. 10 həftəlik azalmadan sonra ölüm də artıb”.

ÜST rəhbəri əlavə edib ki, pandemiya ilə əlaqəli epidemioloji vəziyyət ağırlaşır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 10:57
Top