“Azeurotel” internetlə bağlı yaranan nasazlığı qismən aradan qaldırıb

İKT 11 iyl 2021, 13:24
“Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində fəaliyyət göstərən “Azeurotel” telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Avtomat Telefon Stansiyalarındakı avadanlıqların işində fasiləyə səbəb olan nasazlığın aradan qaldırılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir.

“Baktelecom”dan Demokrat.az-a verilən məlumata görə, artıq 55% abunəçiyə rabitə xidmətlərinin ötürülməsində yaranan çətinlik aradan qaldırılıb. 

Telekommunikasiya xidmətlərinin ən qısa zamanda tam bərpası üçün işlər davam etdirilir.

Qeyd edək ki, 9 iyul tarixində yaranan nasazlıq, 2000 abunəçiyə rabitə xidmətlərinin ötürülməsinə çətinlik yaradıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top