Şəhriyar Məmmədyarov: “28 ildir, onunla oyunu gözləyirdim”

İDMAN 11 iyl 2021, 09:44
Xəbər verdiyimiz kimi, şahmatçımız Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turnirinin 6-cı turunda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində 7 gedişə qələbə qazanıb.

Demokrat.az
xəbər verir ki, Şəhriyar Məmmədyarov sosial şəbəkədə qələbə sevincini paylaşıb.

"28 ildir, şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Oyunları inanılmaz olub. 28 ildir, hər zaman onunla oyunu gözləyirdim və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir. O bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçası", - deyə Məmmədyarov qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top