Berdiməhəmmədov oğlunu Baş nazirin müavini təyin etdi

DÜNYA 10 iyl 2021, 19:07
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarın ölkənin Baş nazirinin müavini təyin edilməsi barədə sərəncam imzalayıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, o, Baş nazirin Maliyyə və İqtisadiyyat məsələləri üzrə müavini vəzifəsini icra edəcək. 

Məlumata əsasən, ölkə Prezidentinin digər bir sərəncamı ilə Sərdar Berdiməhəmmədov Türkmənistanın Ali Nəzarət Palatasının sədri vəzifəsindən azad edilib və Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının tərkibindən çıxarılıb.

Bundan başqa, o, Türkmənistanın Ölkələrin iqtisadi şurasındakı nümayəndəsi də olacaq.

Berdiməhəmmədov oğlunu Baş nazirin müavini təyin etdi

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top