Rusiya ilə sərhədlərin demarkasiyası üzrə danışıqların növbəti mərhələsi bu gün başa çatacaq

XARİCİ SİYASƏT 09 iyl 2021, 10:53
"Rusiya ilə sərhədlərin demarkasiyası üzrə danışıqların növbəti mərhələsinə iyulun 6-da start verilib və bu gün başa çatacaq".

Bunu "Report"a açıqlamasında xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov deyib.

Onun sözlərinə görə, artıq üç gündür Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın toplantısı keçirilir: "İclasda növbəti sahələr üzrə demarkasiya işlərinin aparılması ilə əlaqədar iş planını təsdiq edirik. Müvafiq ekspert görüşlərinin yerlərdə keçirilməsi ilə bağlı planları da təsdiqlədik".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top