Qazaxda Kürdə batanlardan biri tapılıb — YENİLƏNİB

HADİSƏ 08 iyl 2021, 23:00
İyulun 8-də axşam saatlarında Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

FHN-dən verilən məlumata görə, eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları davam etdirilir.

21:03
Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) iki nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hal-hazırda axtarışlar aparılır.

İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.

Əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top