Şəmkirdə sel avtomobili apardı — yaralılar var


HADİSƏ 08 iyl 2021, 00:30
Şəmkir rayonunda yağmurlu hava şəraiti səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun “Kraz yolu” deyilən yolda qeydə alınıb.

Belə ki, sel bir avtomobili apararaq digər avtomobilə çırpıb. Nəticədə üç nəfər xəsarət alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onlardan ikisinin kimliyi məlum olub - Bənövşə Musayeva və İlqar Musayev. Faktla bağlı araşdırmalara başlanılıb.
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top