Partiyalar və dini qurumlar telekanal, sayt, informasiya agentliyi təsis edə bilməyəcək

MEDİA 07 iyl 2021, 19:20
Siyasi partiyalar və dini qurumlar çap mediası istisna olmaqla, media orqanları təsis edə bilməyəcək.

Demokrat.az
 xəbər verir ki, bu, “Media haqqında” qanunun ilkin versiyasında əksini tapıb.

Siyasi partiyaların və dini qurumların audioviziual media (televiziya kanalı), onlayn media orqanları və informasiya agentlikləri təsis etməsinə icazə verilməyəcək.

Layihəyə əsasən, dövlət orqanlarının da çap mediası təsis etmək sahəsində hüquqları məhdudlaşdırılır. Yalnız istisna hallarda müvafiq icazə alınmaqla, dövlət orqanı çap media orqanının təsisçisi ola biləcək.

Çap mediasının təsisi sahəsində məhdudiyyət qanunverici hakimiyyət (Milli Məclis) və məhkəmə hakimiyyətinə (Konstitusiya Məhkəməsi və Ali Məhkəmə) şamil edilmir./APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top