"O qədər pul bizneslə məşğul olan deputatlarda olar" — Eldar İbrahimovdan 25 milyonluq mülk iddialarına REAKSİYA

GÜNDƏM 07 iyl 2021, 16:34
Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov 25 milyonluq mülkü barədə yayılan xəbərlər münasibət bildirib.

Eldar İbrahimov Demokrat.az-a açıqlamasında bu xəbərlərin yalan olduğunu bildirib:

"O xəbərləri kimsə kimisə öyrədib yazdırıb. Mənim o qədər pulum olsa, Naxçıvanda tikərdim. Mənim nə işim var İsmayıllıda? Mən maraqlandım bu məsələylə, konkret cavab verən olmadı. Bu məsələ yalandır. Bilmirəm ki, bu məsələ niyə, necə yayılıb. Mənim oğlum da orda işləmir. Mənə deyəndə dedim ki, boş şeydir, şantajdır. 

Məsələni eşidəndə, hələ dedim ki, qiyməti az göstərmisiz, bəlkə, obyektin qiyməti 500 milyondur?

İnanmıram ki, bütün deputatlarda o qədər pul olsun. Düzdür, bizneslə məşğul olan deputatlar var. Həmin deputatlarda o qədər pul olar, bəlkə də. Amma hamı Eldar İbrahimovun kim olduğunu bilir. Hamı bilir ki, mənim nəyim var nəyim yox".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top