Rusiyanın səhiyyə naziri Azərbaycana gəldi

KRİMİNAL 06 iyl 2021, 11:32
Rusiyanın səhiyyə naziri Mixail Muraşko bu gün Azərbaycana səfərə gəlib.

Demokrat.az xəbər verir ki, o, səfər çərçivəsində Fəxri Xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Nazir Bakıda Azərbaycanın rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Səfər zamanı, həmçinin Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənədin imzalanması planlaşdırılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top