Qazaxda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanlar bir ailənin üzvləridir — YENİLƏNİB

HADİSƏ 05 iyl 2021, 22:25
Qazaxda avtobusun aşması nəticəsində xəsarət alan sərnişinlərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatın görə, xəsarət alan şəxslər – 1986-cı il təvəllüdlü İbrahimxəlilova Nuranə Hacıməmməd qızı, 1998-ci il təvəllüdlü İbrahimxəlilova Əfsanə Eldar qızı, İbrahimxəlilov Yusif Tahir oğlu, azyaşlı İbrahimxəlilova Mehriban Tahir qızı, azyaşlı İbrahimxəlilov Pənah Mehman oğlu, 2020-ci il təvəllüdlü İbrahimxəlilova Mədinə Mehman qızı və 7 yaşlı İbrahimxəlilova Nərmin Natiq qızıdır.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir.

22:06

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan “Sprinter” sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.

Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı ikisi uşaq olmaqla, yeddi nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadidə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top