Ermənistan və Xankəndi sürətlə boşalır

REGİON 06 iyl 2021, 00:10
Yay gələndən Ermənistandan gedib qayıdanların sayında sürətlə fərq böyüyür.

Demokrat.az xəbər verir ki, ölkəni aeroport vasitəsi ilə tərk edənlərlə gələnlərin statistikasını verən News.am saytı fərqin sürətlə artdığını göstərib. 2021-ci ilin altı ayı ərzində gedənlərin sayı gələnlərdən 138.106 nəfər çoxdur. Məlum olub ki, təkcə iyun ayında gedənlərin sayı ilə gələnlərin fərqi 60.152 nəfərdir. 

Media qeyd edir ki, ilin sonunadək pandemiya ilə əlaqədar karantin şərtlərinin yumşalmasından sonra gedənlərin sayının daha da artması gözlənilir. 

Bu statistikanın içərisində Qarabağ ermənilərinin olduğu qeyd edilsə də, qəsdən rəqəmlər göstərilmir. Ancaq başqa mənbələrin verdiyi məlumata görə Xankəndi və ətrafda yaşayan ermənilər, xüsusilə gənc nəsil sürətlə Qarabağı tərk edirlər. Gedənlərin əksəriyyəti Rusiyaya üz tutur./Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top