“Bu adada vulkan axırıncı dəfə 1945-ci ildə püskürüb” — AÇIQLAMA

SOSİAL 05 iyl 2021, 16:18
“Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. Püskürmənin davamlılığı 8 dəqiqə davam edib”.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vulkanın dərinliyi 1,48 km, gücü (ml) 2,17 ml olub: “Daşlı adada vulkan çoxdan püskürmürdü, axırıncı dəfə 1945-ci ildə püskürüb. Xəzər dənizində çoxlu sayda vulkanlar var. Deyirlər ki, orada ölən və yaralanan var, belə şey yoxdur”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top