Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ: Seçim bu gün başa çatır

SOSİAL 05 iyl 2021, 11:32
Bu gün 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, iyunun 29-da başlayan proqram və ixtisaslaşma seçimi iyulun 5-i saat 23.59-dək davam edəcək.

Proqram və ixtisaslaşma seçiminə magistraturaya 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top