Rüstəm Muradovun erməni məhbusların İrəvana qaytarılmasından sonra açıqlaması — FOTO

GÜNDƏM 04 iyl 2021, 10:35
“Bu gün şəxsən Qarabağdakı silahlı qarşıdurma zamanı erməni birləşmələri tərəfindən iki rayonun minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təhvil verdim. Öz növbəsində, Azərbaycan 15 erməni hərbçisini sərbəst buraxdı”.

Bu fikirləri Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bir qrup erməni hərbi əsirin təyyarə ilə İrəvana təhvil verilməsindən sonra mətbuata açıqlayıb.

General bildirib ki, Rusiya Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsini təmin etmək üçün fəaliyyəti davam etdirəcək.

Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top