Aqil Lətifov: “Yeni və daha təkmil qanun layihəsinin qəbulu ilə media sürətli inkişaf edəcək”

GÜNDƏM 03 iyl 2021, 09:22
“Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda keçirilən seminarlar son dərəcə əhəmiyyətli və zəruridir”. 

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Publika.az xəbər portalının baş redaktoru Aqil Lətifov deyib. Onun sözlərinə görə, uzun zamandan bəri idi ki, media sahəsində belə səmərəli seminarlar təşkil edilmirdi: “Sanki bu sahədə dərin bir uçurum vardı: bir tərəfdə medianın böyük bir kəsimi, digər tərəfdə isə KİVDF dayanmışdı. Təbii ki, bu uçurumdan daha çox ziyan çəkən elə Azərbaycan mediası idi. Lakin Prezident İlham Əliyevin fərmanı ilə dekabr ayında MEDİA Agentliyinin yaranması ilə bu sahəyə də yeni nəfəs gəldi. Agentlik təkcə çap mediasına deyil, bütün kütləvi informasiya vasitələrinə qucaq açdı. Onların problemlərinin həlli üçün qollarını çırmalayaraq, əlini daşın altına saldı. Seminarlardan gəldiyim nəticəyə görə, MEDİA-nın rəhbərliyi qısa zaman ərzində bu sahədəki vəziyyəti dettalı şəkildə araşdıraraq, öyrənib və bütün problemlərdən, çatışmazlıqlardan hali olaraq, görüləcək işlərlə bağlı da konkret fikrə gəliblər. MEDİA-nın həyata keçirdiyi təqdirolunası addımlardan biri də media cameəsini bir araya toplamaq oldu. Məhz haqqında danışdığımız seminar da bu cəhətdən son dərəcə əhəmiyyətlidir. Həqiqətən də, medianın ikişafı baxımından belə müzakirələrə, seminarlara ciddi ehtiyac vardı. Bu, boşluq açıq-aşkar hiss olunurdu. Çünki yenilənmədən, bilgiləri təzələmədən, yeni texnologiyanın imkanlarından maksimum faydalanmadan, ortaq müzakirələr aparılmadan inkişaf etmək mümkünsüzdür. Habelə seminarlarla Azərbaycanın aparıcı media rəhbərləri MEDİA-nın öncüllüyü ilə bir araya toplandı. Onlara aparılacaq islahatların məzmunu, “Media haqqında” yeni media qanunu barədə ətraflı məlumatlar verildi”.

O, həmçinin əlavə etdi ki, Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov bütün təkliflərə adekvat yanaşdı: “Media nümayəndələrinin bu qanunu necə görmək istəməsi ilə bağlı fikirləri diqqətə alındı, həmçinin ərsəyə gətiriləcək yeni qanunla bağlı bütün müddəalar detallı şəkildə incələndi ki, fikrimcə, bu iki məqam çox əhəmiyyətlidir. Bununla MEDİA öz yolunu bəlli etdi: hər bir media mənsubuna qucaq açdığını, onlara bərabər münasibət göstərdiyini, onların fikrinə düşüncələrinə önəm verdiyini göstərdi. Təbii ki, bu, mediamızın nikbin gələcəyinə ümidlə yanaşmağa imkan verir. Fikrimcə, yeni və daha təkmil qanun layihəsin qəbul ilə mediamızın sürətli inkişafına, bu sahədə nizama şahidi olacağıq”. A.Lətifov seminarların digər bir əhəmiyyətinin də olduğunu bildirib: “Mənim yuxarıda qeyd etdiklərimlə yanaşı, bu seminarların ən böyük əhəmiyyətindən biri də MEDİA-nı çılpaq gözlə görməyim oldu. Yəni MEDİA, onun rəhbər şəxsləri bu cameyə necə münasibət göstərir, onlarla hansı formada əlaqələr qurur, jurnalistlərə necə yanaşır. Bu, son dərəcə əhəmiyyətlidir. Fikrimcə, bununla əslində bu agentliyin gələcək fəaliyyəti barədə hansısa rəyə gəlmək mümkündür. Eyni zamanda, bu seminarlarla mən Azərbaycan dövlətinin timsalında MEDİA-nın vizionunun nə olduğunu, onun mediamızı necə görmək istəməsi barədə müəyyən fikirlərə sahib oldum. Bu da məndə gələcəklə bağlı müsbət düşüncələr yaratdı”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top