ABŞ COVID-19-la mübarizə üçün Azərbaycana 1 milyon dollar ayırdı

XARİCİ SİYASƏT 02 iyl 2021, 12:13
ABŞ hökuməti COVID-19-la mübarizə üçün Azərbaycana daha 1 milyon dollar ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Ümumdünya Səhiyyə Təşkilatının "PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.

Səfirin sözlərinə görə, bu vəsait Azərbaycana ÜST və “Qırmızı Xaç Cəmiyyəti” vasitəsilə təqdim ediləcək.

Ümumilikdə, koronavirus pandemiyasının iqtisadi fəsadlarının aradan qaldırılması məqsədilə ABŞ Azərbaycana 6,6 milyon dollar ayırıb.

“COVID-ə qalib gəlmək üçün biz birlikdə hərəkət etməliyik”, - ABŞ səfiri bildirib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top