Badamdarda su xətti partladı, həyətləri və marketi su basdı — FOTO

HADİSƏ 01 iyl 2021, 22:48
Badamdar qəsəbəsində su xətti partlayıb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Bağlar Döngəsi 1-də qeydə alınıb. İçməli su xəttinin partlaması nəticəsində yolları, iki evin həyətini və marketi su basıb.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllının verdiyi məlumata görə, qurumun əməkdaşları qəza olan ərazidədir: "Hazırda təmir gedir".





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top