Tərtərin kəndlərinə Hadrutdan və Talışdan köçən ermənilər yerləşdirilir...


QARABAĞ 30 iyn 2021, 23:00
“Müharibədən sonra kənddəki məktəb 1 dekabr 2020-ci ildə yenidən açıldı. Burada 50 şagird təhsil alır. 7 dekabrdan bəri 24 uşaq bağçaya gedir. Tibbi yardım məntəqəmiz, klubumuz, mədəniyyət ocağımız, ziyafət salonumuz yaxşı vəziyyətdədir, bələdiyyə binası da normal durumdadır”.

Demokrat.az xəbər verir ki, bunu Xankəndindəki separatçı erməni nəşrlərinə açıqlamasında Tərtər rayonunun Rusiya hərbi kontingentinin himayəsindəki separatçı rejimin nəzarətində qalan "Mets Şen" adlandırılmış Ulu Qarabəy kəndinin qanunsuz “icma rəhbəri”  David Ananyan söyləyib.

“Kənd qazla təmin olunur, elektrik enerjisi verilir. Su problemimiz var idi. İyirmi gün idi ki, su almırdıq. Amma indi bütün problemlər həll edilib ”-deyə əlavə edən D. Ananyan Tərtərin bu kəndinə də Azərbaycan ordusunun nəzarətinə keçmiş digər ərazilərdən köçən ermənilərin yerləşdirildiyini də vurğulayıb:

“Xoşbəxtlikdən kənd müharibədən zərər görmədi. Müharibədən sonra kəndə 7 ailə köçürüldü. Talışdan olan məcburi köçkün ailəsinin köçürüldüyü bir ev təmir edildi. Hazırda digər bir ev Hadrutdan  gəlmiş köçkün ailələrin yerləşdirilməsi üçün təmir olunur”./Moderator.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top