Şəhidimizin atası vəfat etdi — FOTO

HADİSƏ 29 iyn 2021, 19:10
Vətən Müharibəsi şəhidi Elgün Paşayevin atası vəfat edib. 

Demokrat.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat yayıb.

O bildirib ki, Füzuli rayonunun Zərgər kəndindən olan şəhid atası İlham Paşayev üç gün əvvəl dünyasını dəyişib. Şəhid atası İ. Paşayev xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, Bakıda yerləşən xəstəxanaların birində müalicə olunurdu.

Qeyd edək ki, şəhid E. Paşayev Vətən müharibəsinin ilk günlərində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top