Türkiyə və Türkmənistan prezidentləri arasında telefon danışığı oldu

REGİON 29 iyn 2021, 18:54
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Liderlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi və regional məsələləri müzakirə ediblər.

Ərdoğan Türkmənistan prezidentini doğum günü münasibətilə də təbrik edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top