Dövlət Bağçalı Türkiyədə qəbul imtahanlarının ləğv olunmasını təklif etdi


DÜNYA 29 iyn 2021, 14:21
“Artıq universitetə qəbul imtahanlarına neştər vurmağın vaxtıdır. Gəlin, univeristetlərə qəbul imtahanlarını ləğv edək”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri, deputat Dövlət Bağçalı bildirib.

“Hesab edirəm ki, övladlarımızın həyatını 2 günlük qəbul imtahanına məhkum etmək ədalətlli və doğru deyil. Universitetlərə qəbul imtahanları tamamilə ləğv edilməlidir”, - o partiyasının Türkiyə Böyük Millət Məclisindəki deputat fraksiyasının toplantısında deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə Millət İttifaqı adlı birlik yaradıb.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 12:08
19 sen 2021, 08:30
Top