Deputat həmkarını müdafiə etdi: "Ramil Həsənin cərimələnməsi qanuna ziddir"

GÜNDƏM 29 iyn 2021, 12:50
Ramil Həsən yalnız deputat həmkarım olduğu üçün yox, həm də ədalətli olmaq üçün yazıram. Maska taxmayıb deyə deputatı öldürmək, asmaq lazımdır? Nədir bu aqressivliyin səbəbi? Bir vətəndaş cərimə olunanda elə bilirəm ki, məni cəriməliyiblər. Yəni mənim vətəndaşa mövqeyim budur, ona doğma yanaşmamdır. İnanmıram ki, elə deputat olsun ki, o vətəndaşın cərimə edilməsinə sevinsin.

Demokrat.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev bildirib.

"Əslində, qanun qəbul olunanda, doğru xatırlayıramsa, deputatlara şamil olunmaması qeyd edilmişdi. Etiraz etmirəm, qanunu dəyişək və sonra isə hamısını tutub cərimələsinlər. Amma, indiki qanunla Ramil müəllimin cərimələnməsi qanuna ziddir. Bir də qanunu açıb baxacam. Demirəm ki, deputat kimdənsə artıqdır. Deputat da sadə bir vətəndaşdır. 

Mən onun ailə məsələsində kimin haqlı, kimin haqsız olduğunu bilmirəm. Bunu aidiyyatı orqanlar araşdırır. Hər kəsin bir haqlı və haqsız tərəfi olur.

Mənə həyatda xoş gəlməyən bir cəhət var və istəməzdim ki, bunu insanlarımızda görüm. Axı, bizim gözəl insanlarımız var. Kiminsə toruna düşüb maşınında vint olmaqdan çəkinin. Onların həm maddi, həm də digər maraqları var? Sizlər isə bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız.

Bizim cəmiyyətdə ədalət tərəzisi tam pozulub və ədalət deyilən məfhum yaddaşlardan silinir. Belə getsə, qanundan kənar işlər çoxalacaq və bu da cəmiyyətin əsaslarını söküb atır", deyə Razi Nurullayev vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top