Abşeronda 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olundu — FOTOLAR


SOSİAL 26 iyn 2021, 17:00
Abşeron rayonunda 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olunub. 

Demokrat.az xəbər verir ki, Xırdalandakı Mədəniyyət Evində baş tutan tədbirdə şəhid ailələri, RİH başçısı İradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və KİV nümayəndələri iştirak edib. Dövlət himni ilə başlayan tədbirdə vətənimizin bötüvlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 44 günlük Vətən Müharibəsindəki qələbəmizi özündə əks etdirən video-rolik nümayiş olunub.  

İ.Gülməmmədova çıxış edərək bildirib ki, güclü Azərbaycan Ordusu, məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmirlərini yerinə yetirərək Azərbaycanımızın şanlı tarixini yazdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi, iradəsi və düzgün qərarları sayəsində 44 gün ərzində düşmənin məğlub edildiyini və Qarabağın işğaldan azad edildiyini deyən başçı əlavə edib ki, bu qələbənin əldə olunmasında şəhidlərimizə, qazilərimizə və ümumilikdə Azərbaycan Ordusuna borcluyuq. Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhidi və qazisi oldu. 

Millət vəkili Şahin Seyidzadə çıxış edərək Vətan Müharibəsində Azərbaycan oğullarının göstərdiyi şucayətdən və ölkədə həyata keçirilən ordu quruculuğundan danışıb.  

Sonra Abşeron rayon Səfərbərlik Şöbəsinin Çağırış bölmə rəisi, mayor Fuad Zeynallı çıxış edərək hərbi qulluqçuların əldə etdiyi uğurlardan söz açıb. 

Sonra Vətən Müharibəsinin 53 iştirakçısına – şəhid və qazilərə cənab Prezidentin sərəncamı ilə təltif olunmuş medallar təqdim olunub. Eyni zamanda, RİH tərəfindən “RTayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə” bir qrup şəxsə Fəxri Fərmanlar verilib. 

Bundan sonra konsert proqramı baş tutub. 



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyl 2021, 19:28
Top