Maradonanın həkimi məhkəmə qarşısına çıxır

DÜNYA 26 iyn 2021, 19:59
Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın həkimi Leopoldo Luke iyunun 28-də məhkəmədə ifadə verəcək.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, o, sabiq oyunçunun əvəzinə bəzi sənədlərə imza atmaqda günahlandırılır.

Maradonanın saxta imzasının yer aldığı sənədlər hüquq-mühafizə orqanları tərəfindən Lukenin ofisində və evində aşkarlanıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib. Leopolde Luke daha əvvəl Maradonanın ölümündə də ittiham olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top