“Haber Global” Azərbaycanın Silahlı Qüvvələr Günü münasibəti ilə süjet hazırladı — VİDEO


GÜNDƏM 26 iyn 2021, 15:00
“Azərbaycan Silahlı Qüvvələri 103-cü ildönümünü Qarabağda qazandığı zəfərlə qeyd edir”.

Bu barədə Türkiyənin “Haber Global” telekanalının Azərbaycanın Silahlı Qüvvələr Günü münasibəti ilə hazırladığı süjetdə bildirilir.

Videoda Silahlı Qüvvələrinin yarandığı gündən bəri keçdiyi keşməkeşli yollardan və nəhayət 1993-cü ildə mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə yenidən güclənməsindən, nizami ordu qurulmasından və gənc əsgərlərin təliminə önəm verilməsindən bəhs olunub.

“Heydər Əliyevin vəfatından sonra Azərbaycan Prezidenti İlham Əliyev də mütəmadi olaraq hərbi büdcəni artırdı, hərbçilər xarici ölkələrə təlimlərə göndərildi, ordu modern silahlarla təchiz olundu. İlham Əliyev hər nitqində “lazım gələrsə, torpaqlarımızı güc yolu ilə azad edərik” dedi, amma Ermənistan qulaq asmadı və sonda həmin gücün bütün dünyaya göstəriləcəyi o tarixi gün gəldi”, - deyə süjetdə vurğulanıb.

Kadrlarda bundan sonra 44 günlük Vətən müharibəsindən bəhs olunub:

“Ali Baş komandan İlham Əliyev dünyadan gələn təzyiqlərə sinə gərərkən, Azərbaycan əsgəri Qarabağda tarix yazdı”.

Süjetdə o da vurğulanıb ki, Azərbaycan Ordusunun bu əməliyyatları dünyada xəbər manşetlərinə “21-ci əsrin müharibəsi” kimi düşüb və hərbi təlimlərdə bununla bağlı dərslər keçirilir.

“Azərbaycan əsgəri canı bahasına bir xalqa zəfəri yaşatdırdı. Bu gün yaranma gününü Müzəfər Ordu kimi qeyd edirlər”, - deyə kadrların sonunda bildirilir.
 


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sen 2021, 23:37
Top