Ukraynada dronla Azərbaycan bayrağı nümayiş olundu — VİDEO

DİASPOR 26 iyn 2021, 12:11
Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq dron ilə səmada 5х10 m ölçüsündə Azərbaycan bayrağı nümayiş olunub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatı tərəfindən təşkıl olunan, Azərbaycanın Silahlı Qüvvələr Gününə həsr olunan aksiya ilə bağlı videoçarx da hazırlanaraq yerli mediada yayımlanıb.

Üç gün müddətində davam edən aksiyada Azərbaycan bayrağı 300-500 metr hündürlükdə bütün Kiyevin səmasında dron uçuşu ilə nümayiş olunub.

Qeyd edək ki, 103 yaşını qeyd edən Azərbaycan Silahlı Qüvvələri ötən il Ermənistan ordusunu məhv edərək işğala son qoyub. 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun döyüş taktikası, xüsusilə Şuşa əməliyyatı beynəlxalq hərbi institutlar tərəfindən yüksək qiymətləndirilərək hərbi dərsliklərə daxil edilib. Bir sıra dövlətlər öz ordularının hazırlıqlarında Azərbaycan təcrübəsindən tətbiq etməyə başlayıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top