AŞPA siyasi partiyalara xaricdən olunan yardımlarla bağlı qətnamə qəbul edib

XARİCİ SİYASƏT 24 iyn 2021, 23:11
Avropa Şurası Parlament Assambleyası siyasi partiyalar və seçki kompaniyalarına xaricdən gələn ianələrin şəffaflığına və nizamlanmasına dair qətnamə qəbul edib.

"Report"un Fransa bürosu xəbər verir ki, AŞPA üzv ölkələrdə siyasi partiyaların hesabına xaricdən gələn maliyyələrin qanunsuz olması ilə bağlı son zamanlar daxil olan məlumatlardan narahlığını bildirir. AŞPA bu ianələrin dövlətlərin suverniyi, bütövlüyü və ölkənin siyasi və demokratik proseslərinə arzuolunmaz təsirləri ola biləcəyindən narahatdır.

Üzv dövlətlər xaricdən gələn bu ianələrin nizamlanması zamanı mövcud olan boşluqların aradan qaldırılması məqsədilə konkret tədbirlər görməyə çağırılır.

Qətnamədə Avropa Şurasına istər üzv olan, istərsə də üzv olamayan ölkələrin digər bir ölkənin siyasi partiyalarına ianələr göndərmək yolu ilə demokratik proseslərinə təsir etmək cəhdləri pislənilir və bunun baş verməsinin qarşısının alınması üçün üzv dövlətə konkret tövsiyələr ünvanlanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top