Həkim: “Peyvənd olunmaqdan qorxmaq lazım deyil”

SOSİAL 24 iyn 2021, 12:50
“Tətbiq edilən yumşalmalara baxmayaraq, fərdi mühafizə vasitələrindən istifadə etmək və sosial məsafəni qorumaq bütün vətəndaşlara tövsiyə olunur”.

Bunu Pravda.az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, həkim-infeksionist Süleyman Kamilov deyib.

Həkim-infeksionist bildirib ki, pandemiyanın sonlanması üçün iki yol var -vətəndaşlar ya virusa yoluxub xəstəliyə qarşı immunitet qazanmalıdırlar, ya da mütləq şəkildə peyvənd vurdurmalıdırlar: “Bu virus infeksiyası ilə xəstələnən hər kəsdə simptomlar və klinika eyni cür olmur. Risk qrupuna daxil olanlar koronavirusu ağır keçirirlər. Ona görə, ikinci üsul, yəni vaksinasiya ən alternativ yoldur. Həmçinin vətəndaşlar indiki şəraitdə istədikləri peyvənddən istifadə edə bilərlər. Hazırda ölkəmizdə “Sinovac”, “Sputnik V”, “AztraZeneca” və “Pfitzer” vaksinləri mövcuddur”.

Süleyman Kamilov bütün vətəndaşları vaksinasiyada aktiv iştiraka səsləyərək qeyd edib: “Vaksin vurdurmaq hər kəsin özünü və ətrafındakıları qoruması üçün sərgiləyə biləcəyi ən yaxşı davranışdır. Eyni zamanda. Peyvənd olunmaqdan qorxmaq lazım deyil. Nəzərə almaq lazımdır ki, peyvəndləmə prosesi artıq uzun illərdir ki, fərqli virus infeksiyalarına qarşı dünyanın bütün ölkələrində tətbiq edilir. Beləliklə, ölkədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirlərinə dəstək üçün peyvəndləmədə iştirak etmək vacibdir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top