Zaqatalada ağır qəza: Ölən və xəsarət alanlar var

HADİSƏ 23 iyn 2021, 18:14
Zaqatalada baş verən qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Zaqatala-Qandax avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəkidən tütünçüləri gətirən mikroavtobusun qarşısına qoşqulu motosiklet çıxıb. Nəticədə qəza baş verib.

Xəsarət alanlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top