Oğlu Oqtay Gülalıyevin yeni görüntülərini yaydı — VİDEO

GÜNDƏM 23 iyn 2021, 17:49
2019-cu ilin oktyabr ayında yolu keçmək istəyərkən avtomobil ilə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalı atasının yeni video görüntülərini sosial şəbəkə hesabından paylaşıb.

Demokrat.az xəbər verir ki, Oqtay Gülalıyevin oğlu paylaşdığı videoya “Atam ölkəmizdəki hazırki insan haqlarının durumu ilə bağlı çox narazıdır, deyir işləmək, yazmaq lazımdır. Əfsanə geri dönür”, sözlərini yazıb.

Qeyd edək ki, 2019-cu il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top