"Sənət Akademiyası" Bakıda film çəklişlərinə başlayır

İNCƏSƏNƏT 23 iyn 2021, 11:54
Qardaş Türkiyənin məşhur Eslem Film Yapım Şirkəti və Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi birlikdə yaratdıqları "Sənət Akademiyası” yaxın günlərdə Bakıda film çəkilişinə başlayırlar!

 Filmin baş rol oyuncuları "Kurtlar Vadisi"nin ünlü siması Erhan Güllü və Almaniyadan dəvət edilmiş oyuncu Canan Nəzirova olacaq.

Beynəlxalq festivalda iştirak edəcək filmin çəkilişlərində paytaxtımızın önəmli məkanlarından istifadə ediləcək.

 Bu da öz növbəsində Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir. 

Qeyd edək ki, filmin rejissoru Türkiyədə film və reklam sahəsində gördüyü işlərlə yetərincə tanınan İbrahim Bülbüldür. 

Sənət Akademiyası ilə işgüzar münasibətlər qurmaq istəyən istənilən şəxs və ya şirkətlər aşağıdakı nömrə vasitəsilə əlaqə saxlaya bilərlər!

+994 50 320 55 98

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top