Azərbaycanda 8-ci sinif şagirdi "PUBG" oyununa görə döyüldü — 5 gün komadan sonra öldü

HADİSƏ 23 iyn 2021, 10:01
Azərbaycan "PUBG" oyununa görə, 8-ci sinif şagirdi döyülərək, öldürülüb.

Demokrat.az xəbər verir ki, iyunun 15-i Ağsu şəhərində 8-ci sinif şagirdi Məmişov Nihad Vüqar oğlu tanımadığı şəxslər tərəfindən çağırılıb. Ailəsinə birazdan qayıdacağını deyən yeniyetmə evdən çıxaraq gedib. Sonra ailəsi onu döyülmüş vəziyyətdə aşkarlayıb. Xəsarət alan məktəbli öncə Ağsudakı xəstəxanaya, sonra isə Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. 

Beş gün komada qalan N.Məmişov dünyasını dəyişib. Hazırda faktla bağlı hüquq muhafizə orqanları tərəfindən araşdırma aparılır.(manset.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top