ABŞ İranın internet portallarını blokladı

DÜNYA 23 iyn 2021, 00:25
ABŞ rəhbərliyi İranın “Press TV” və “Al Alam” televiziya kanallarının internet portallarını bloklayıb.

TASS-ın məlumatına görə, bu gündən etibarən sözügedən qurumların saytlarını ziyarət edərkən müvafiq bildiriş görünür.

“Domen Ticarət Nazirliyinin İxracata Nəzarət İdarəsinin sənaye və təhlükəsizlik məsələləri bürosu və Federal Təhqiqat Bürosunun (FTB) hüquq-mühafizə tədbirləri çərçivəsində ABŞ hökuməti tərəfindən müvafiq əmrə uyğun olaraq bloklanıb”, - deyə bildirişdə qeyd olunur.

Bənzər mesaj Yəmən hərəkatı “Ənsar Allah” üsyançı hərəkatına məxsus olan “Al Massira” telekanalının portalına da daxil olarkən görünür.

FTB və ABŞ Ticarət Nazirliyi TASS-ın Vaşinqtondakı müxbirinin baş verənlərlə bağlı sorğusuna hələlik cavab verməyib.

Həmçinin Dövlət Departamenti də İran televiziya kanallarının internet portallarının bloklanması barədə məlumatlara hələlik münasibət bildirməyib./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top