Bakıda süpürgəçi qadını maşın vurdu

HADİSƏ 22 iyn 2021, 23:34
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, Sabunçu bazarının yaxınlığında baş verib.

Yolu süpürən 1965-ci il təvəllüdlü Həsənova Gülgəz Rafael qızını avtomobil vurub. Hadisə zamanı ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yaralı Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top