Araz Əlizadə: “Paşinyanı seçkilərdə Rusiya qalib etdi”

GÜNDƏM 22 iyn 2021, 14:38
“Nikol Paşinyanı seçkilərdə Qərb və Rusiya dəstəklədiyi üçün qalib gəlib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib. 

Araz Əlizadə deyib ki, Rusiya istəməsəydi, Paşinyan seçilməyəcəkdi:

“Əgər Ermənistanda keçirilən seçkilərdə revanşistlər qalib gəlsəydi, o zaman üçtərəfli bəyanatın tələbləri icra olunmayacqdı. Rusiya bunu bildiyi üçün Paşinyanın qalib gəlməsini istədi. Qərb isə Paşinyanın yerinə başqa adam tapa bilmədiyi üçün onu dəstəklədi. Paşinyanın qalib gəlməsi Azərbaycan üçün də yaxşıdır. Çünki Paşinyan üçtərəfli bəyanatı imzalayıb, bundan sonra isə onu icra edəcək. Rusiya Paşinyanı bu sənədi icra etməyə məcbur edəcək. Üçtərəfli bəyanatın ən mühüm bəndlərindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Ermənistanda buna qarşı nə qədər etirazlar olsa belə, Zəngəzur dəhlizi mütləq açılacaq”.

Partiya sədri qeyd edib ki, erməni xalqı və milləti xəstədir:

“Amma son sçekilər göstərdi ki, ermənilər sağalmaq istəyir. Gərək erməniləri öldürəsən ki, işğalçılıqdan vaz keçələr, ağıllanalar. Onlar itirmədən torpaq qazanmaq istəyirlər”.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top